Главная > Hadisə / Manset > Cəlilabadda qadın başqa kişi ilə birlikdə qaynı tərəfindən öldürüldü

Cəlilabadda qadın başqa kişi ilə birlikdə qaynı tərəfindən öldürüldü


22-07-2022, 13:15. Разместил: admin
Cəlilabadda iki nəfər qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də gecə saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Вернуться назад