Главная > Hadisə > Sərnişin avtobusu maşına çırpıldı - 1 ölü

Sərnişin avtobusu maşına çırpıldı - 1 ölü


23-07-2020, 14:20. Разместил: azadses
Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
Azad Səs DİN-ə istinadən xəbər verir ki, rayonun Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub. 
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb. 
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Вернуться назад