Главная > Hadisə / Manset > Baş Prokurorluq məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb
Baş Prokurorluq məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb17-07-2022, 13:43. Разместил: admin |
![]() Baş Prokurorluqdan bildirilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb. “Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək”, - açıqlamada deyilir. Вернуться назад |