Главная > Hadisə / Manset > Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısının müavinindən AÇIQLAMA – YENİLƏNİB + FOTO
Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısının müavinindən AÇIQLAMA – YENİLƏNİB + FOTO15-07-2022, 18:33. Разместил: admin |
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı döydüyü iddia edilir. İndex.az məsələ ilə bağlı Rəsilə Əliyeva ilə əlaqə yaradıb. R.Əliyevə İndex.az-a bildirib ki, yayılan xəbərlərin hamısı şayiədir: “O qız heç bizim evimizə gəlməyib. Qızımın sinif yoldaşıdır. Gəlib maraqlansanız görərsiniz ki, o qız heç ailəsi ilə yaşamır. Gah xalasının yanında, gah anası bibisinin yanında yaşayır. Hansı ki, o qızın xalası 7 il əvvəl məktəbin drektoru tərəfindən əxlaqi durumuna görə məktəbdən qovulub. Mənim qızım onun telefonunu gətirib mənə verib. Məndə o qızın məktəbdə uşaqlara pis təsir etdiyini bilirdim. Telefona baxdıqda gördüm ki, içində dəhşətli videolar və fotolar var. Məndə bu video və fotoların bir qismini atasına və anasına göndərdim. Onlar da, bunun qarşılığında mənim vəzifədə olmağımdan istifadə edərək belə şaiələr ortaya atıblar. Bir neçə həftə əvvəl məktəbdə keçirilmiş iclasda direktor həmin qızın qovulması barədə qərar qəbul etmişdi. Mən heç kimdən çəkinmirəm. Ən azından məktəbin direktoru kimi qaçıb gizlənmirəm. Bütün sualları və zəngləri cavablandırmağa hazıram. Mən sadəcə istədim ki, qızın valideyinləri məsələdən agah olsunlar”, deyə o bildirib. Xatırladaq ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı döyməsi ilə bağlı məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib. O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib. Dayının sözlərinə görə, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər. 18:10 “Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən qızla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb”. Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, səhər saatlarından hadisə sosial şəbəkələrdə yayılan kimi bununla bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə müraciət edilib: “Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva uşağını döymədiyini bildirsə də, məsələ araşdırılır. Yekunda ictimaiyyətə açıqlama veriləcək”. 17:48 Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib. Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb: “Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib. 17:10 Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova “Sputnik Azərbaycan”a açıqlama verib. Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib: “Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”. L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb: “Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”. Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavininin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma direktor qızımı döyməyib”. 16:04 Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barəsində səsləndirilən iddialarla bağlı “Sputnik Azərbaycan”a açıqlama verib. Bildirib ki, sözügedən iddialar əsassızdır. R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib: “Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim qızımın və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”. İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır: “Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, guya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”. Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran dörd saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar. 14:06 Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb. O, hadisə ilə bağlı anews.az-a açıqlama verib. “Qızım icra başçısının müavininin qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib, heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə, bu, ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməzlər”, - şagirdin anası Ləman xanım bildirib. Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib. “Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, - qurumdan məlumat verilib. 12:24 Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı vəhşicəsinə döydüyü iddia edilib. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib. Dayının sözlərinə görə, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər: “Onlar məktəblini attestatı vermək adı ilə evə çağırıb, fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox...”. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır: “Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. Вернуться назад |