Главная > Hadisə > Abşeronda ADNSU-nun laboratoriya müdirini maşın vurub öldürdü

Abşeronda ADNSU-nun laboratoriya müdirini maşın vurub öldürdü


16-11-2019, 11:09. Разместил: azadses
Qadın xəstəxanaya aparılarkən ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. 
Ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir. S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.
Faktla bağlı araşdırma aparılır. /report/




Вернуться назад