Главная > Hadisə / Manset > Kürdə batan 12 yaşlı yeniyetmənin meyiti tapıldı

Kürdə batan 12 yaşlı yeniyetmənin meyiti tapıldı


15-07-2022, 16:20. Разместил: admin
Dünən Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ə.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Вернуться назад