Главная > Hadisə / Manset > Pakistanda şiddətli yağış və fırtına: Ölənlərin sayı artır

Pakistanda şiddətli yağış və fırtına: Ölənlərin sayı artır


12-07-2022, 10:19. Разместил: admin
Pakistanın Kəraçi şəhərində güclü yağış və tufan nəticəsində 5 nəfər ölüb. Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyinin məlumatlarına görə, ölkədə bu il musson yağışları keçən illə müqayisədə 87 faiz artıb.

Hava şəraiti ilə əlaqədar baş verən qəzalarda 4 nəfər elektrik elektrik dirəyinin suya düşməsi, 1 nəfər isə divarın uçması nəticəsində həyatını itirib.

Qeyd edək ki, iyunun 1-dən fasilələrlə davam edən güclü yağışlar nəticəsində Kəraçidə ölənlərin sayı 115-ə yüksəlib. Şəhərin bir çox yerində daşqınlar yaşanıb, yollar su altında qalıb.

Ordu Karaçidə davam edən xilasetmə işlərinə dəstək verir.
Вернуться назад