Главная > Hadisə / Manset > Cənubi Afrikada əyləncə məkanına silahlı hücum - 14 ölü, 9 yaralı

Cənubi Afrikada əyləncə məkanına silahlı hücum - 14 ölü, 9 yaralı


10-07-2022, 21:00. Разместил: admin
Cənubi Afrikanın Yohannesburq şəhərində əyləncə məkanına silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yohannesburq polisi məlumat yayıb.

Polisdən verilən açıqlamada Soveto rayonunda baş verən hadisədə 14 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilib.

Hadisə yerində araşdırmaların davam etdiyi paylaşılıb.
Вернуться назад