Главная > Hadisə / Manset > Göyçayda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Göyçayda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb


10-07-2022, 10:21. Разместил: admin
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi “Toyota Prado” markalı minik avtomobilinin qarşısına çıxıb.

Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı uşaq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад