Главная > Hadisə / Manset > Qubada itkin düşən gəncin cəsədi Samur-Abşeron kanalında tapıldı

Qubada itkin düşən gəncin cəsədi Samur-Abşeron kanalında tapıldı


9-07-2022, 09:40. Разместил: admin
Qubada itkin düşdüyü deyilən 18 yaşlı Hicran Dadaşov Samur-Abşeron kanalına düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun meyiti kanalın rayonun Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində sudan çıxarılıb.

Onun hansı şəraitdə kanala düşdüyü məlum deyil.

Hicran Dadaşovun Azərbaycan Dövlət Neft Akademiyasının ikinci kurs tələbəsi olduğu bildirilir.

20:54

Qubada 18 yaşlı gənc itkin düşüb.

“Report” xəbər verir ki, itkin düşən gənc rayonun Paşaoba kənd sakini Hicran Dadaşovdur.

O, iyulun 8-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Вернуться назад