Главная > Hadisə > Bakıda üç yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

Bakıda üç yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb


6-07-2022, 09:38. Разместил: admin
Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад