Главная > Hadisə / Manset > Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış: Ölən və yaralananlar var

Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış: Ölən və yaralananlar var


3-07-2022, 22:52. Разместил: admin
Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun bəyanatında deyilir.

Məlumata görə, partlayış səbəbindən 21 çoxmənzilli bina qismən dağılıb. 40 fərdi yaşayış evinə zərər dəyib ki, onlardan beşi tamamilə dağılıb.

Qladkov söz verib ki, səlahiyyətlilər qapı-qapı yoxlamalar aparacaq və bundan sonra bərpa işlərinə başlanacaq.
Вернуться назад