Главная > Hadisə / Manset > Yük maşını yol kənarına aşdı

Yük maşını yol kənarına aşdı


3-07-2022, 18:49. Разместил: admin
Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Fövqəladə Halları Nazirliyindən verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад