Главная > Hadisə / Manset > Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı

Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı


3-07-2022, 16:43. Разместил: admin
Şəmkir sakini əri tərəfindən bıçaqlanıb.

"Qafqazinfo"nun xəbərinə görə, Şəmkir şəhər, Məmmədəli Əhmədov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyeva Talihə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад