Главная > Hadisə > Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
Xaçmazda 23 yaşlı gənc dənizdə batıb1-07-2022, 22:51. Разместил: admin |
Xaçmazda 23 yaşlı gənc dənizdə batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək. Вернуться назад |