Главная > Hadisə / Manset > Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə ilə bağlı bağça müdiri cəzalandırıldı
Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə ilə bağlı bağça müdiri cəzalandırıldı1-07-2022, 13:00. Разместил: admin |
Biləsuvar rayonundakı uşaq bağçasında bədbəxt hadisə nəticəsində dörd yaşlı uşağın xəsarət aldığı barədə məlumat vermişdik. Əliabad kənd uşaq bağçasının müdiri Şəfəq Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən əmək intizamı tənbehinə cəlb edilib. Bu barədə Oxu.Az-a Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisə iyunun 29-da baş verib: “Hadisə ilə əlaqədar bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı dörd yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb. Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib”. Вернуться назад |