Главная > Hadisə > Nikolayevdə mülki əhalinin yaşadığı bina raketlə vurulub
Nikolayevdə mülki əhalinin yaşadığı bina raketlə vurulub29-06-2022, 15:05. Разместил: admin |
Bu gün səhər saatlarında Ukraynanın Nikolayev şəhəri raket atəşinə məruz qalıb. Nəticədə raketlərdən biri mülki əhalinin olduğu yaşayış binasına düşüb. Bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat verib. “Səhər saatlarında Nikolayevdə güclü partlayışlar eşidilib. Artıq xilasedicilər və həkimlər əraziyə yola düşüblər”, - deyə Nikolayevin meri vurğulayıb. Mer hamıdan sığınacaqlarda qalmağı və hava hücumu xəbərdarlığı bitənə qədər çölə çıxmamağı xahiş edib. Вернуться назад |