Главная > Hadisə / Manset > Kolumbiya həbsxanasındakı iğtişaşda 51 məhbus həlak olub

Kolumbiya həbsxanasındakı iğtişaşda 51 məhbus həlak olub


29-06-2022, 11:38. Разместил: admin
Kolumbiya həbsxanasında iğtişaş zamanı başlayan yanğında azı 51 məhbus həyatını itirib.

Hadisə ölkənin cənub-qərbində yerləşən Tulua şəhərində baş verib.

Məlumata görə, yanğın bəzi məhkumların döşəkləri yandırması nəticəsində başlayıb. Ölənlərin əksəriyyəti tüstüdən boğulub.

Yanğından zərər çəkmiş 24 məhbusun müalicəsi xəstəxanada davam etdirilir. Ümumilikdə həbsxanada 1267, yanğının baş verdiyi kameralar blokunda isə 180 məhbus olub.
Вернуться назад