Главная > Hadisə / Manset > Bakıda gənc oğlan beşinci mərtəbədən YIXILDI

Bakıda gənc oğlan beşinci mərtəbədən YIXILDI


27-06-2022, 09:20. Разместил: admin
Bakının Nizami rayonunda 25 yaşlı oğlan ehtiyatsızlıqdan yaralanıb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Qara Qarayev prospektində yerləşən beşmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Səmədbəyli Fərid Şahin oğlu beşinci mərtəbənin eyvanında ehtiyatsız davrandığına görə yıxılıb.

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Вернуться назад