Главная > Hadisə / Manset > Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı
Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı22-06-2022, 17:37. Разместил: admin |
İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən “RPS Energy Ltd.” şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb. Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilməsi ilə yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq tədbirlər görülüb: “Həkimlərin peşəkarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”. Qeyd edək ki, “RPS Energy Ltd.” Böyük Britaniya şirkətidir. Вернуться назад |