Главная > Hadisə / Manset > BMT: “İranda üç ayda 100-dən çox insan edam edilib” - FOTO

BMT: “İranda üç ayda 100-dən çox insan edam edilib” - FOTO


22-06-2022, 17:09. Разместил: admin
BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyasında təqdim edilən hesabatda İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı hallar sadalanıb.

BMT Baş katibinin insan hüquqları üzrə müavini Nada əl-Naşif 2022-ci ilin ilk 3 ayı ərzində İran hökumətinin 100-dən çox məhkumu edam etdiyini vurğulayıb.

Nada əl-Naşif iyunun 31-də BMT Baş katibi Antonio Quttereşin İranla bağlı son hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edərək, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bu sayın 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

O, daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun etnik, dini və milli azlıqlara mənsub olduqlarını bildirib.



Вернуться назад