Главная > Hadisə / Manset > ABŞ-da qanlı olay: Silahlı şəxs kilsədə insanları güllələdi - FOTO

ABŞ-da qanlı olay: Silahlı şəxs kilsədə insanları güllələdi - FOTO


17-06-2022, 13:00. Разместил: admin
ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara silahla hücum edib.

Nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.

Vestavia Hills polisi iyunun 16-da axşam Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.

Fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib.




Вернуться назад