Главная > Hadisə / Manset > Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb - FOTO

Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb - FOTO


16-06-2022, 09:43. Разместил: admin
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

“Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Əlavə məlumat veriləcək.





Вернуться назад