Главная > Hadisə / Manset > Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı
Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı15-06-2022, 16:20. Разместил: admin |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları oğurlayan şəxs saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. Вернуться назад |