Главная > Hadisə / Manset > Kanalda batan 17 yaşlı oğlanla bağlı intihar ehtimalı: Az bal yığıbmış - YENİLƏNİB

Kanalda batan 17 yaşlı oğlanla bağlı intihar ehtimalı: Az bal yığıbmış - YENİLƏNİB


14-06-2022, 20:00. Разместил: admin
Füzulidə kanalda batdığı deyilən oğlanla bağlı bir sıra detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış.

O, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.

Hazırda Z.Süleymanovun axtarış tədbirləri davam etdirilir. Məlumata görə, onun tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.

Z.Süleymanovun intihar edib-etmədiyi isə dəqiq bilinmir.
14:48

Füzulidə yeniyetmə kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 17 yaşlı Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Вернуться назад