Главная > Hadisə / Manset > 86 yaşlı qoca binadan yıxılaraq ölüb

86 yaşlı qoca binadan yıxılaraq ölüb


14-06-2022, 09:20. Разместил: admin
Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад