Главная > Hadisə / Manset > Baku TV: “Ukraynada bir azərbaycanlının meyiti tapılıb, daha üç nəfər yaralanıb” - VİDEO

Baku TV: “Ukraynada bir azərbaycanlının meyiti tapılıb, daha üç nəfər yaralanıb” - VİDEO


13-06-2022, 15:47. Разместил: admin
Ukraynada müharibə davam edir.

Baku TV-nin Şərqi Avropa bürosunun bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Kiyev şəhərindən son məlumatları çatdırıb.


O bildirib ki, ötən sutka ərzində də Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilməyib.

Həmçinin o qeyd edib ki, Mariupolda müvəqqəti yaşayan, əslən Gəncə şəhərindən olan Həsənov Rəşad Əli oğlunun meyiti tapılıb. O, Mariupolda dəfn olunub.

Bundan başqa, Donetskdə də əslən azərbaycanlı olan Qəşəm Məmmədovun 3 uşağı yaralanıb. Yaralıların vəziyyəti stabildir.

Ətraflı süjeti təqdim edirik:


Вернуться назад