Главная > Hadisə / Manset > Avtobus qəzasında yaralanan məktəblilərdən yeni xəbər - YENİLƏNİB + VİDEO

Avtobus qəzasında yaralanan məktəblilərdən yeni xəbər - YENİLƏNİB + VİDEO


13-06-2022, 14:19. Разместил: admin
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən iki nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.

Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssisəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib. Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.

Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.

Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb. Bir daha vurğulayırıq ki, kütləvi informasiya vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir.

09:34

Ötən gecə Şamaxı-Bakı yolunda qəzaya düşən sərnişin avtobusunda olan yaralılar özəl klinikaların birinə yerləşdiriliblər.

Baku TV əməkdaşlarının həmin klinikadan verdikləri məlumata görə, xəsarət alanlar arasında valideynlər, dördüncü sinif şagirdləri və onların bacı-qardaşları da var.

Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasından ilk olaraq Kliniki Tibbi Mərkəzə gətiriliblər. Daha sonra tur rəhbəri xəsarət alanların özəl klinikalardan birində müalicə almasını öhdəsinə götürüb. Hazırda bir nəfər müəllim Kliniki Tibbi Mərkəzdə qalıb. Digərləri isə klinikaya yerləşdiriliblər.

Qeyd edək ki, iyunun 12-si Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Avtobusda Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub.

Ətraflı süjetləri təqdim edirik:






Вернуться назад