Главная > Hadisə / Manset > Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb

Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb


12-06-2022, 19:24. Разместил: admin
Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, Holavar kəndində “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.
Вернуться назад