Главная > Hadisə / Manset > Yük maşını ilə avtomobil toqquşdu, yaralılar var - Foto

Yük maşını ilə avtomobil toqquşdu, yaralılar var - Foto


12-06-2022, 13:16. Разместил: admin
Zaqatalada dörd nəfərin xəsarət alaması ilə nəticələnən qəza baş verib.

Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,“Ford” markalı xırdatutumlu yük maşını ilə “VAZ 2106” minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Bədirov Malik Şaban oğlu və 1988-ci il təvəllüdlü Bədirov Elçin Rəcəb oğlunun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад