Главная > Hadisə / Manset > Odessada çimərliyə istirahətə gedən kişi minaya düşərək həlak olub

Odessada çimərliyə istirahətə gedən kişi minaya düşərək həlak olub


12-06-2022, 09:21. Разместил: admin
Ukraynanın Odessa vilayətində çimərliyə istirahətə yollanan kişi minaya düşərək həlak olub.

Bu barədə Odessa Regional Hərbi İdarəsinin başçısı Sergey Bratçuk məlumat verib.

S. Bratçuk bildirib ki, hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

S. Bratçuk həmçinin Odessa vilayətinin sakinlərinə müraciət edərək dəniz sahillərinin rusiyalı hərbçilər tərəfindən minalandığını və bu səbəbdən də çimərliyə gətməyin həyat üçün təhlükəli olduğunu söyləyib.
Вернуться назад