Главная > Hadisə / Manset > Pedofiliyada ittiham olunan müğənni 25 illik həbs oluna bilər

Pedofiliyada ittiham olunan müğənni 25 illik həbs oluna bilər


10-06-2022, 10:23. Разместил: admin
“I Believe I Can Fly” hitinin müəllifi müğənni R Kelli yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alverinə görə 25 il həbs cəzası ala bilər.

Andçılar məhkəməsi artıq R Kellini bu ittihamlar üzrə təqsirli bilib. Prokuror 25 il həbsdə israr edir, vəkillər 17 il həbslə razılaşır.

Qeyd edək ki, R Kelli tərəfindən 12 yaşında cinsi istismara məruz qalan, daha sonra isə onunla ailə quran müğənni Aliya məşhurun barəsində ifadə verib.

Cinayət işi ilə bağlı hökm iyunun 29-da elan olunacaq.
Вернуться назад