Главная > Hadisə / Manset > 12 yaşlı yeniyetmə Xəzər dənizində boğularaq ölüb

12 yaşlı yeniyetmə Xəzər dənizində boğularaq ölüb


5-06-2022, 20:09. Разместил: admin
Bakı şəhərinin Xəzər rayonunda dənizdə bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Вернуться назад