Главная > Hadisə / Manset > Vətən müharibəsi iştirakçısı özünü istirahət mərkəzində asdı
Vətən müharibəsi iştirakçısı özünü istirahət mərkəzində asdı2-06-2022, 20:38. Разместил: admin |
Xaçmaz rayonunda intihar hadisəsi baş verib. “Kriminalqafqaz”ın məlumatına görə, rayonun Yasaboba kənd sakini, 2000-ci il təvəllüdlü Gümrah Səfərquliyev Seyidli kəndində yerləşən “Flaqman” istirahət mərkəzində özünü öldürüb. O, istirahət mərkəzinin həyətindəki ağacdan özünü asıb. G.Səfərquliyevin meyiti dünən saat 10 radələrində aşkar edilib və hüquq-mühafizə orqanlarına məlumat verilib. Qeyd edək ki, intihar edən gənc Vətən müharibəsi iştirakçısı olub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |