Главная > Hadisə > Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən keçmiş polisə hökm oxunub

Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən keçmiş polisə hökm oxunub


1-06-2022, 18:25. Разместил: admin
Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzova hökm oxunub və o, altı il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Вернуться назад