Главная > Hadisə / Manset > Salyanda 30 yaşlı kişinin başını qılıncla yardılar

Salyanda 30 yaşlı kişinin başını qılıncla yardılar


28-05-2022, 11:39. Разместил: admin
Salyan sakini başından yaralanıb.

“Report”un məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад