Главная > Hadisə / Manset > Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb


20-05-2022, 09:19. Разместил: admin
Gəncə sakinin idarə etdiyi “VAZ” markalı avtomobildə marixuana ələ keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Musayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Вернуться назад