Главная > Hadisə / Manset > Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi - FOTO
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi - FOTO19-05-2022, 17:49. Разместил: admin |
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) kapitanı intihar edib. Bildirilir ki, hadisə İrəvanda qeydə alınıb. Belə ki, bu gün səhər saat 4 radələrində paytaxt ərazilərinin birinin həyətində kişi meyitinin tapılması barədə polis idarəsinə məlumat daxil olub. Məlum olub ki, ölən 32 yaşlı Mamikon O.-dur. İlkin məlumata görə, kişi özünü binanın 6-cı mərtəbəsindən atıb. Ölən şəxsin MTX-də kapitan rütbəsində olduğu vurğulanıb. Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib. Вернуться назад |