Главная > Hadisə / Manset > Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb

Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb


19-05-2022, 15:21. Разместил: admin
Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozmalarla əlaqədar fakta görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Вернуться назад