Главная > Hadisə / Manset > Qayınatasını öldürüb qaçan şəxs tutuldu

Qayınatasını öldürüb qaçan şəxs tutuldu


18-05-2022, 19:20. Разместил: admin
Bakıda qayınatasını öldürüb qaçan şəxs tutulub.

“Azadsəs.az”ın xəbərinə görə, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.
Вернуться назад