Главная > Hadisə / Manset > Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB16-05-2022, 19:21. Разместил: admin |
Bakıda internat məktəbində yaşayan şagirdin ölümü ilə bağlı açıqlama verilib. Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub: “Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından “Təcili Tibbi Yardım” çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib. Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda araşdırma davam etdirilir. 16:24 Bakıda internat məktəbində ölüm hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb. 7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |