Главная > Hadisə / Manset > Qazaxda 55 yaşlı kişini at təpib xəstəxanalıq etdi: Vəziyyəti ağırdı

Qazaxda 55 yaşlı kişini at təpib xəstəxanalıq etdi: Vəziyyəti ağırdı


15-05-2022, 14:47. Разместил: admin
Qazax sakininə at təpik vuraraq xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı”nda qeydə alınıb.

1967-ci il təvəllüdlü Abdulkərimov Rasim müxtəlif bədən xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı 55 yaşlı kişiyə açıq kəllə-beyin travması və baş-beyin əziyi, bədənin çox saylı əziyi diaqnozları qoyulub. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад