Главная > Hadisə > Bakıda fəhlə binadan yıxılıb ölüb

Bakıda fəhlə binadan yıxılıb ölüb


12-05-2022, 18:46. Разместил: admin
Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 29 yaşlı Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumata görə, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.
Вернуться назад