Главная > Hadisə / Manset > Bakı-Quba yolunda baş verən qəzada ata və iki aylıq qızı da ölüb - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən qəzada ata və iki aylıq qızı da ölüb - YENİLƏNİB


12-05-2022, 14:13. Разместил: admin
Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

APA-nın verdiyi xəbərə görə, VAZ-2106 markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib.

Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:34

Bakı-Quba yolunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb.

VAZ-2106 markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

10:08

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı Hacıyev Elçin Yaşar oğlunun idarə etdiyi “BMW-X5” markalı avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı Əliyev Mehyəddin Abdulməcid oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə E.Hacıyev hadisə yerində ölüb, digər sürücü M.Əliyev isə xəsarət alaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад