Главная > Hadisə / Manset > İranda saxta içkidən kütləvi zəhərlənmə - Ölənlər var

İranda saxta içkidən kütləvi zəhərlənmə - Ölənlər var


8-05-2022, 18:30. Разместил: admin
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən zəhərlənən 75 nəfərdən 10-u həyatını itirib.

“Qafqazinfo”nun xəbərinə görə, bunu Hörmüzqan Səhiyyə Elmləri Universitetinin sözçüsü Fatma Nevruziyan “Tasnim”ə bildirib.

“Bəndər Abbas şəhərində saxta spirtdən zəhərlənən 75 nəfər xəstəxanalara müraciət edib. Bu xəstələrdən 10-u həyatını itirib”, - o qeyd edib.

Sözçü əlavə edib ki, ölənlərdən biri qadındır, dörd nəfərin isə vəziyyəti ağır qiymətləndirilir.
Вернуться назад