Главная > Hadisə > Rusiya Baş Qərargah rəisinin olduğu ərazidə güclü partlayış

Rusiya Baş Qərargah rəisinin olduğu ərazidə güclü partlayış


1-05-2022, 15:43. Разместил: admin
Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.

“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib.

Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.
Вернуться назад