Главная > Hadisə > Ural Hava Yollarına məxsus təyyarədə naviqasiya sistemi sıradan çıxıb
Ural Hava Yollarına məxsus təyyarədə naviqasiya sistemi sıradan çıxıb1-05-2022, 14:44. Разместил: admin |
Ural Hava Yollarına məxsus təyyarənin ekipajı naviqasiya problemlərinin yarandığı barədə məlumat verib. Sistem Ramenskoye-Xucənd reysi zamanı sıradan çıxıb. Bu barədə URA.RU “Aviaincident” telegram kanalının məlumatlarına istinadən yazıb. “Saat 11:26-da (Moskva vaxtı ilə) hava hərəkətinin vahid idarəetmə sisteminin (HHVİS) Samara zonasında […] marşrutu üzrə uçarkən A-321 təyyarəsinin ekipajı naviqasiya sisteminin nasazlığı barədə məlumat verib. Saat 11:34-də naviqasiya sisteminin işini bərpa etdim, təyinat aerodromuna getmək qərarı verildi” – deyə məlumatda təyyarənin göyərtəsindən olan danışıqlar qeyd olunur. Nəşrin məlumatına görə, saat 11-52-də sistemdə yenidən problem yaranıb, təyyarənin ekipajı bu barədə dispetçerə məlumat verib. Nəticədə pilotlar uçuş aerodromuna qayıtmaq qərarına gəliblər. Eyni zamanda “Təcili” və “Fəlakət” siqnalları elan olunmayıb. Aviaşirkətin mətbuat xidməti məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib. Вернуться назад |