Главная > Hadisə / Manset > Laçında 30 yaşlı gəncin minaya düşərək ölməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Laçında 30 yaşlı gəncin minaya düşərək ölməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO


30-04-2022, 14:39. Разместил: admin
Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Azadsəs.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaqı aparılır.

10:27

Laçında minaya düşən şəxs vəfat edib.

Azadsəs.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi bildirilib.


Вернуться назад