Главная > Hadisə / Manset > İnək 63 yaşlı kişini həyatından etdi

İnək 63 yaşlı kişini həyatından etdi


30-04-2022, 13:43. Разместил: admin
Neftçala sakinini inək vuraraq öldürüb.

“Azadsəs.az”ın Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R.Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад