Главная > Hadisə / Manset > Bakıda 2 qadının ölümünə səbəb olan sürücü həbs edildi

Bakıda 2 qadının ölümünə səbəb olan sürücü həbs edildi


29-04-2022, 19:30. Разместил: admin
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağda iki nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır qəza törətmiş 1980-ci il təvəllüdlü Seymur Abıyevin məhkəməsi başa çatıb.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, məhkəmədə “Ford Transit” markalı mikroavtobusun sürücüsü hadisənni baş verdiyi gün yolda yuxuladığını etiraf edib.

O bildirib ki, noyabrın 2-də saat 04:30 radələrində magistral yolun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrliyində yuxulaması səbəbindən avtomobili qarşıdan gedən yük avtomobilinə çırpıb:

“Yolda yuxulu və yorğun olduğumu hiss edirdim, düşündüm ki, Bakıya çatandan sonra yatıb dincələrəm. Avtomobil saatda 90 kilometr sürətlə hərəkətdə olarkən qarşıdan gedən yük maşınına çırpılıb”.

Qəza nəticəsində “Ford” markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İradə İsmayılova və 1975-ci il təvəllüdlü Əhliqə Aşurova aldıqları xəsarətlərdən hadisə yerində ölüb. 1960-cı il təvəllüdlü Sulduzə Məhərrəmova isə xəstəxanaya çatdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, qadınlar Neftçalanın Şorkənd kəndinin sakinləridir və gecə saatlarında Bakıya ağartı məhsulları gətirərərk satmaq məqsədilə yola çıxıblar. Avtomobildə ümumilikdə 1 tondan artıq süd məhsulları olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Seymur Abıyevin Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Ona 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə həbs cəzası verilib. S.Abıyev məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Вернуться назад